Abşeron rayon Məhəmmədi kənd sakinləri zibillik problemindən əziyyət çəkirlər.
Bu barədəkənd sakinlərinin Bakıvaxtı.az-a şikayətində bildirilir.
Məhəmmədi kənd sakinləri üfunətli qoxudan narahat olduqlarını və zibilliklə bağlı problemlərdən təngə gəldiklərini bildiriblər.
“Məsələ ilə bağlı kənd bələdiyyəsinə dəfələrlə şikayət etsək də, hüç bir tədbir görülmür”.
Sakinlərin sözlərinə görə, bələdiyyənin binasının yaxınlığında yerləşən zibillikdə zibil qutuları olmadığından zibillər boş əraziyə atılır:
“Hava hələ o qədər isti deyil. Yay gələndə, ərazidə üfunət baş çatladır”.
Məsələ ilə bağlı Məhəmmədi kənd bələdiyyəsi ilə əlaqə saxladıq. Bələdiyyədən bildirildi ki, sözügedən ərazi zibbillik deyil:
“Sakinlərin zibilləri atdıqları yer zibillik ərazisi deyil. Onlar o əraziləri çirkləndirirlər”.
Qeyd olunub ki, bələdiyyə əməkdaşları hər gün zibillikdəki zibilləri təmizləyirlər.
“Ərazidə zibil qutuları da var”, - deyə bələdiyyədən əlavə edilib.
Ziyafət Əlisoy



jpeg-1718786258.webp)


jpg-1718780412.webp)









