• Bakı 14° C

    2.36 m/s

  • USD - 1.7

    EUR - 1.8364

    RUB - 0.0177

Mərkəzi yollarda aparılan təmir işləri nə vaxt yekunlaşacaq? - VİDEO

CƏMİYYƏT

19 Iyun 2024 | 11:04

Mərkəzi yollarda aparılan təmir işləri nə vaxt yekunlaşacaq? - VİDEO

Üç gündür tətillə əlaqədar bağlanan bir neçə küçə və prospektdə işlər sürətlə aparılır.

Bakıvaxtı.az Xezerxeber.az-ın məlumatına görə, paytaxtın ən işlək küçələrindən olan Mehdi Hüseyn küçəsindəki yol ayın 15-dən nəqliyyatın hərəkətinə bağlanıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) əməkdaşları tərəfindən köhnə asfalt qatı qaşınaraq kənara daşınıb.

Təmir işləri Parlament prospektində də aparılır. Burada da təmirlə əlaqədar əvvəlcə su xətləri yenilənir.

Cəfərov qardaşları küçəsinin Mixail Lermontov küçəsinədək olan hissəsində də təmir işləri aparılır.

Təmir müddətində sözügedən yollarda işlərin aparıldığı zolaqlar üzrə hərəkət qismən məhdudlaşdırılaraq digər zolaqlara yönləndirilib.


SON XƏBƏRLƏR