• Bakı 22° C

    2.25 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

"Rusiyanın əlində "daşdan keçən" müqavilə var": İran  hələ "səbr" göstərir

CƏMİYYƏT

19 Iyul 2024 | 09:56 | Müəllif: Qalib İbrahimoğlu

"Rusiyanın əlində "daşdan keçən" müqavilə var": İran hələ "səbr" göstərir

"Amerika Birləşmiş Ştatları nəyin bahasına olur-olsun, Cənubi Qafqaz bölgəsinə girmək, burada möhkəmlənmək istəyir" 

Bunu Bakıvaxtı.az-a  açıqlamasında politoloq Abutalıb Səmədov deyib. 

Onun sözlərinə görə, bunun üçün ilk növbədə bölgədə böyük dövlətlərin çəkisi azaldılmalıdır: 

"Regiona təsir imkanları olan dövlətlərin bölgədən çıxarılması üçün müəyyən addımlar atılmalıdır. Ermənistanla həm ötən il, həm də bu il keçirilən hərbi təlimlər məhz bu məqsədə xidmət edir. Əslində Ermənistanla Rusiya arasında imzalanmış müqaviləyə əsasən, Rusiyanın razılığı olmadan Ermənistana hər hansı üçüncü dövlətin hərbi qüvvələri yeridilə bilməz. Ancaq Ermənistan bu tələblə hesablaşmır".

Müsahibimiz qeyd edib ki, Rusiyanın Ukraynada düşdüyü vəziyyətdən yararlanaraq, ABŞ və Qərb ölkələrini bölgəyə gətirməyə çalışır. Rusiya zəruri reaksiyanı verir, bəyanatla çıxış edir:

"Burada ən təəccüblüsü İranın tutduğu mövqedir. Azərbaycanda kəşfiyyat mərkəzləri axtaran və İsrailin tikdiyi fermanı böyük bir "kəşfiyyat mərkəzi" sayan İran Ermənistanın atdığı addımlara çox səbrlə yanaşır. Avropa İttifaqının yarımhərbi missiyasına da ciddi reaksiya vermədi. İran təlimlərə də səbrlə yanaşır".

Analitik vurğulayıb ki, Rusiya və İranın təmkini uzun sürə bilməz: 

"Çox ciddi maraqları var. Rusiyanın əlində "daşdan keçən" müqavilə var və İrəvan 49 il müddətində Moskvanın razılığı olmadan müstəqil addım ata bilməz. Hərbi məsələdə mütləq Rusiyanın razılığı alınmalıdır. İrəvan Rusiyanın hərbi bazasını ölkədən çıxarmaq istəyir. Bunun bunun üçün Kremlin razılığı olmalıdır. Rusiyanın belə bir razılıq verəcəyi inandırıcı görünmür".

Abutalıb Səmədov:  Rusiyanın razılığı olmadan Ermənistana üçüncü dövlətin hərbi qüvvələri yeridilə bilməz

"Ukrayna müharibəsi Rusiyanın əl-qolunu bağlayır, İran da "səbr" göstərməkdə davam edir. Böyük ehtimal, yaxın günlərdə İran və Rusiya Ermənistan qarşısında kəskin qəti tələblərlə çıxış edəcək", - deyə Abutalıb Səmədov əlavə edib.

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026