Sumqayıt şəhərində Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən Rəhim Əlyar oğlu Rəsulov dəfn edilib.
Bakıvaxtı.az xəbər verir ki, şəhidlə Sumqayıt şəhərində vida mərasimi keçirilib.
Daha sonra onun nəşinin qalıqları Sumqayıt Şəhidlər xiyabanında dəfn edilib.
Qeyd edək ki, Rəhim Əlyar oğlu Rəsulov 1967-ci il dekabrın 19-da anadan olub. O, 1991-ci il dekabrın 28-də Xankəndi şəhərinin Kərkicahan kəndində itkin düşüb.
















