• Bakı 26° C

    5.51 m/s

  • USD - 1.7

    EUR - 1.9768

    RUB - 2.1378

Çin Çexiya Prezidenti ilə əlaqələri kəsir

DÜNYA

12 Avqust 2025 | 16:04

Çin Çexiya Prezidenti ilə əlaqələri kəsir

Çin hökuməti XIV Dalay Lama ilə görüşdüyünə görə Çexiya Prezidenti Petr Pavellə əlaqələri kəsir.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Tszyan bildirib.

"Bizim dəfələrlə Çexiya tərəfinə etdiyimiz müraciətlərə və Çinin qəti etirazına baxmayaraq, Çexiya Prezidenti Petr Pavel Hindistanda Dalay Lama ilə görüşməkdə israr etdi. Bu, Çexiya hökumətinin Çin hökuməti qarşısındakı siyasi öhdəliklərinin ciddi şəkildə pozulması, Çinin suverenliyinə və ərazi bütövlüyünə zərbə vurulmasıdır. Petr Pavelin təxribatçı hərəkətləri ilə əlaqədar olaraq Çin onunla heç bir əlaqə saxlamamaq qərarına gəlib", - o, Çexiya liderinin səfərini şərh edərkən vurğulayıb.


SON XƏBƏRLƏR