• Bakı 16° C

    2.61 m/s

Çin səfiri ilə COP29-a hazırlıq müzakirə olundu

SİYASƏT

08 Mart 2024 | 21:11 | Müəllif: Subhan Mahmudov

Çin səfiri ilə COP29-a hazırlıq müzakirə olundu

Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.

Bu barədə Bakıvaxtı.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycanın bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb və qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR