• Bakı 13° C

    5.69 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Klaar da sərhəddəki atəşdən yazdı: Yalan xəbərlər…

SİYASƏT

06 Aprel 2024 | 21:05 | Müəllif: Subhan Mahmudov

Klaar da sərhəddəki atəşdən yazdı: Yalan xəbərlər…

Hərbi hərəkətliliklə bağlı bəzi iddialara baxmayaraq, AB-nin Ermənistandakı missiyasının onları təkzib etməyə qadir olduğunu bilmək xoşdur.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri AB-nin Gürcüstan və Cənubi Qafqaz böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistan ordusunun ötən gün axşam saatlarında Azərbaycan Ordusunun mövqelərini atışə tutması haqda qeyd edib.

“Bu, həm də anlaşılmazlıqları və yalan təqdimatları aradan qaldırmağa kömək edən, həm Ermənistan, həm də Azərbaycana xoşməramlı xidmət edə biləcək istifadə olunmamış resurs olaraq qalır”, - o bildirib.

Qeyd edək ki, Ermənistan təbliğat maşını guya Azərbaycan Ordusunun atış açdığı, yaşayış məntəqələrində “narahatlıq” yarandığı haqda feyk yaymaqla məşğul idi. Əvəzində isə atışma yerlərinə gələn AB missiyası “vəziyyətin sabit və sakit olduğu” haqda məlumat yayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026