• Bakı 23° C

    3.89 m/s

  • USD - 1.7

    EUR - 1.9536

    RUB - 2.1656

Çin XİN: Regionun təhlükəsizliyi beynəlxalq ictimaiyyətin marağındadır

DÜNYA

23 Iyun 2025 | 12:21

Çin XİN: Regionun təhlükəsizliyi beynəlxalq ictimaiyyətin marağındadır

Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyi Hörmüz boğazının bağlanması ehtimalı ilə bağlı açıqlama yayıb.

Bakıvaxtı.az xəbər verir ki, nazirliyin açıqlamasında Hörmüz boğazının beynəlxalq mal və enerji ticarəti üçün mühüm bir marşrut olduğu və bu bölgənin sabitliyinin bütün dünya ölkələrinin maraqlarına xidmət etdiyi diqqətə çatdırılıb: 

“Hörmüz boğazının təhlükəsizliyi və sabitliyi beynəlxalq ictimaiyyətin ümumi maraqlarına uyğundur. Çin bölgədə sülh və təhlükəsizliyin qorunmasının tərəfdarıdır".

Açıqlamada Çin tərəfi bölgədə gərginliyin artmasından narahat olduğunu və bütün tərəfləri təmkinli davranmağa çağırdığını da qeyd edib.

Əli Hüseynov


SON XƏBƏRLƏR