• Bakı 27° C

    5.14 m/s

  • USD - 1.7

    EUR - 1.9949

    RUB - 2.1634

“Rosaviasiya” "Utair"ə Omskdan Bakıya reyslər üçün icazə verib

DÜNYA

23 Iyul 2025 | 10:13

“Rosaviasiya” Utairə Omskdan Bakıya reyslər üçün icazə verib

“Rosaviasiya” "Utair" aviaşirkətinə Omsk-Bakı marşrutu üzrə reyslərin həyata keçirilməsinə icazə verib.

Bakıvaxtı.az-ın xarici KİV-ə istinadən verdiyi məlumatına görə, bu barədə “Rosaviasiya”nın qərarında qeyd olunub.

Sənədə əsasən, daşıyıcıya həftədə üç dəfəyə qədər Azərbaycan paytaxtına uçuş həyata keçirməyə icazə verilib.

Daşıyıcı ölkənin 4 yaşayış məntəqəsindən Bakıya uçuşlar üçün icazə alıb. Bu istiqamət üzrə, o cümlədən Omskdan birbaşa uçuşların başlanması planları barədə aviaşirkət nümayəndələri hələlik açıqlama verməyiblər.


SON XƏBƏRLƏR