• Bakı 26° C

    4.21 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

"Kremlin əsl sahibi kimdir - Putin, yoxsa Lavrov?" - SƏRT AÇIQLAMA

DÜNYA

22 Avqust 2025 | 09:53

"Kremlin əsl sahibi kimdir - Putin, yoxsa Lavrov?" - SƏRT AÇIQLAMA

Avropa Komissiyasının müdafiə və kosmos məsələləri üzrə komissarı Andryus Kubilyus Kreml rəhbərliyi ilə bağlı sərt açıqlama verib.

Bakıvaxtı.az xəbər verir ki, o, “X” sosial şəbəkəsində paylaşımında bildirib ki, əgər ABŞ Prezidenti Donald Tramp ilə görüşdən sonra Rusiya Xarici İşlər naziri Sergey Lavrov Putinin dediklərini açıq şəkildə təkzib edirsə, o halda Putinin Kremlin əsl rəhbəri olub-olmaması sual altına düşür:

«Kremlə kim rəhbərlik edir: Putin, yoxsa Lavrov? Putinin Trampa ikitərəfli görüşdə verdiyi vədləri Lavrov ictimai şəkildə inkar edirsə, necə onunla danışıqlar aparmaq olar? Bəlkə də Kremlə əslində Putin deyil, başqası rəhbərlik edir?»

Kubilyusun bu açıqlaması Qərbdə Rusiya hakimiyyəti daxilindəki ziddiyyətlər mövzusunu gündəmə gətirib. Analitiklər hesab edirlər ki, Putinin Tramp ilə görüşündə səsləndirilən bəyanatların Lavrov tərəfindən inkarı Kremlin daxilində ciddi fikir ayrılıqlarının mövcudluğunu göstərir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026