Çində 15 nəfərin ölümü ilə nəticələnən yanğın olub.
Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir u, hadisə Tsaynuzu əyalətində yaşayış binasında qeydə alınıb.
Yanğında 15 nəfər ölüb, 44 nəfər yaralanıb.
İlkin araşdırma zamanı məlum olub ki, yanğın elektriklə işləyən mopedlərin yerləşdiyi binanın birinci mərtəbəsində baş verib.
İstintaq davam edir.
















