• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

"Crocus"da ölən Vüqarın arvadının da cəsədi tapıldı, körpələri isə... - YENİ DETALLAR

DÜNYA

25 Mart 2024 | 00:41 | Müəllif: Subhan Mahmudov

"Crocus"da ölən Vüqarın arvadının da cəsədi tapıldı, körpələri isə... - YENİ DETALLAR

"Crocus City Hall" terrorunda öldürülənlər arasında Rusiyada yaşayan azərbaycanlı Vüqar Hüseynov və onun erməni əsilli həyat yoldaşı Lilit İsraelyan da var.

Bakıvaxtı.az musavat.com-a istinadən xəbər verir ki, ilk olaraq ölənlər sırasında V.Hüseynovun adı çıxıb, L.İsraelyan itkin kimi qeydə alınıb.

Lakin bu gün meyitlərin tanınması zamanı L.İsraelyanın da öldürüldüyü məlum olub. Lilitin dostlarının yazdığına görə, ər-arvad çoxdan "Piknik" qrupunun konsertinə getməyi arzulayırmışlar. Konsertə gedən zaman yaşyarımlıq övladlarını nənə-babanın yanında qoyublar.

Crocus City Hall-da terror aktı ilə bağlı ilk məlumatlardan sonra onların hər ikisi telefon zənglərinə cavab verməyib.

Lilit və Vüqar Vnukovo hava limanında işləyirdilər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026