• Bakı 17° C

    3.14 m/s

  • USD - 1.7

    EUR - 1.8246

    RUB - 0.0185

İranın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırıldı

DÜNYA

23 Aprel 2024 | 21:46

İranın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırıldı

İranın müvəqqəti işlər vəkili Estoniya Xarici İşlər Nazirliyinə çağırılıb.

Buna “MSC Aries” kommersiya gəmisinin İran hakimiyyəti tərəfindən saxlanılması səbəb olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir.

Bildirilir ki, diplomatdan aprelin 13-də Hörmüz boğazında ələ keçirilən gəmidə olan Estoniya rezidentinin azad edilməsi tələb olunub.

Qeyd edilib ki, Estoniya Xarici İşlər Nazirliyi saxlanılan gəminin göyərtəsindəki vəziyyəti izləyir, heyətlə əlaqə saxlayır, estoniyalı diplomatlar isə vəziyyətin həlli üçün bütün səylərini göstərirlər.


SON XƏBƏRLƏR

03 May 2024