• Bakı 28° C

    4.85 m/s

  • USD - 1.7

    EUR - 1.8253

    RUB - 0.0193

İbrahim Rəisi dəfn olundu - YENİLƏNİB - FOTO

DÜNYA

23 May 2024 | 20:52

İbrahim Rəisi dəfn olundu - YENİLƏNİB - FOTO

Helikopter qəzasında həlak olan İran Prezidenti İbrahim Rəisi dəfn olunub.

Bakıvaxtı.az bildirir ki, bu barədə ISNA məlumat yayıb.

Rəisi Məşhəddə İmam Rza türbəsində dəfn edilib.

-------

16:53

İranın mərhum prezidenti İbrahim Rəisinin cənazəsini aparan təyyarə Məşhəd şəhərinin hava limanına eniş edib.

Bakıvaxtı.az bildirir ki, bu barədə İran KİV-ləri məlumat verib.

Məlumata görə, çox sayda insan və İmam Rza hərəminin bir qrup qulluqçusu prezidentin xatirəsini yad etmək üçün hava limanına toplaşıb.

Xarici diplomatlar, eləcə də qonşu ölkələrin rəsmi nümayəndə heyətləri də dəfn mərasimində iştirak etmək üçün Məşhədə gediblər.

Qeyd edək ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb.

Qəza nəticəsində 9 nəfər həlak olub.


SON XƏBƏRLƏR

15 Iyun 2024