• Bakı 12° C

    5.36 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Səudiyyə Ərəbistanının dini işlər naziri cəzalandırıldı

DÜNYA

22 Iyun 2024 | 19:41 | Müəllif: Subhan Mahmudov

Səudiyyə Ərəbistanının dini işlər naziri cəzalandırıldı

Tunis prezidenti Kays Said Həcc ziyarətini yerinə yetirmək üçün müqəddəs torpaqlarda olan 49 tunislinin ölümündən sonra dini işlər naziri İbrahim Şabini vəzifəsindən azad edib.

Bakıvaxtı.az xəbər verir ki, Həcc ziyarətini yerinə yetirmək üçün Səudiyyə Ərəbistanına gedən 49 tunislinin ölümü ölkədə kəskin tənqidlərə səbəb olub. Tunis Rəyasət Heyətindən verilən açıqlamada prezident Kays Saidin dini işlər naziri İbrahim Şabini vəzifəsindən azad etdiyi bildirilib.

O da qeyd olunur ki, temperaturun 50 dərəcəni keçdiyi müqəddəs torpaqlarda Həcc ziyarəti zamanı 11 ölkədən ən azı 1081 zəvvar həyatını itirib. Hər il on minlərlə insan rəsmi qeydiyyatdan keçmədən Həcc ziyarətini yerinə yetirmək üçün müqəddəs torpağa gedir. Qeydiyyatdan keçməyən zəvvarlar kondisionerli ərazilərə daxil ola bilmədiklərindən güclü istilərlə üzləşirlər./publika.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR