• Bakı 9° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Rəsmi İran: "ABŞ-da kimin prezident olması bizim üçün önəmli deyil"

DÜNYA

22 Iyul 2024 | 17:27 | Müəllif: Əli Hüseynov

Rəsmi İran: "ABŞ-da kimin prezident olması bizim üçün önəmli deyil"

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nəsir Kənani ABŞ-də prezident seçkiləri ilə bağlı açıqlama verib.

Bakvaxtı.az İran mediasına istinadən xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nəsir Kənani ABŞ prezidenti Co Baydenin noyabrda keçiriləcək prezident seçkilərindən namizədliyini geri çəkməsi ilə bağlı belə deyib:

"ABŞ-nin prezidentinin kim olması bizim üçün önəmli deyil. ABŞ-nin İrana qarşı siyasətində köklü dəyişiklik vacibdir".

Xarici İşlər Nazirliyində keçirilən həftəlik mətbuat konfransında danışan Kənani ölkəsinin xarici siyasət gündəmini və regional inkişafı da dəyərləndirib.

Əli Hüseynov

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026