Yunanıstandan İngiltərəyə uçan sərnişin təyyarəsi İtaliyanın paytaxtı Romada məcburi eniş edib.
Bakıvaxtı.az "Lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə İtaliya Milli Uçuş Təhlükəsizliyi Agentliyi (ANSV) açıqlama yayıb.
Bildirilib ki, Yunanıstanın Korfu adasından İngiltərənin "London Gatwick" hava limanına gedən "G-EJCM" olan Airbus 320 model təyyarə İtaliya hava məkanında güclü turbulentliklə qarşılaşıb.
Təyyarədə 175 sərnişin və 6 ekipaj üzvü olub. Təcili eniş zamanı 2 stüardessa yaralanıb. Pilotlar yaralı kabin heyətinə tibbi yardım göstərmək üçün Roma Fiumicino hava limanına təcili eniş etmək qərarına gəliblər.
Xəsarətlərin ciddiliyinə uyğun olaraq ANSV hadisəni qəza kimi qiymətləndirib və təhlükəsizlik araşdırmasına başlayıb.
Gülşən Şərif










