Şri-Lanka seçiciləri sabah keçiriləcək səsvermə ilə yeni prezidentini seçməyə hazırlaşır.
Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, Şri-Lankada seçicilər keçmiş prezident Qotabaya Rajapaksanın istefasına səbəb olan ümummilli etirazlardan sonra ilk dəfə 2022-ci ildə seçkiyə gedəcəklər.
22 milyon əhalisi olan ölkədə sentyabrın 21-də keçiriləcək prezident seçkilərində qeydiyyatdan keçmiş 17 milyondan çox seçicinin səs verəcəyi gözlənilir.
Qeyd edək ki, ölkədə prezident seçkiləri ən mürəkkəb və gözlənilməz seçkilərdən biri hesab olunur.
Əli Hüseynov