• Bakı 29° C

    6.42 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1625

Avtomobil nəhənginin səhmləri çökdü

DÜNYA

20 Sentyabr 2024 | 15:00

Avtomobil nəhənginin səhmləri çökdü

Alman avtomobil nəhəngi “Mercedes”in səhmləri çöküb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, Mercedes illik mənfəət hədəfini iki aydan az müddətdə ikinci dəfə azaltdıqdan sonra səhmləri aşağı düşüb.

Lüks avtomobil istehsalçısının səhmlərinin təxminən iki ilin ən aşağı səviyyəsinə düşdüyünü söylənib.

Şirkət, bir sıra digərləri kimi, mənfəət proqnozunun pisləşməsinə səbəb kimi, dünyada ən böyük olan Çin avtomobil bazarının zəifləməsini göstərib.

Bildirilib ki, ÇXR-in iqtisadi zəifliyi, eləcə də daşınmaz əmlak bazarındakı böhran avtomobillərə olan tələbata ciddi zərbə vurub.

Həmçinin, bunun, təkcə “Mercedes”in deyil, “Volkswagen”, “Porsche” və “BMW”nin də səhmlərinə təsir edib.

Mina Mikayılova


SON XƏBƏRLƏR

08 Iyul 2025