• Bakı 14° C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Rusiyadan sərt cavab: "ABŞ muzdluları ərazimizə daxil olub"

DÜNYA

21 Avqust 2024 | 15:54 | Müəllif: Gülşən Şərif

Rusiyadan sərt cavab: "ABŞ muzdluları ərazimizə daxil olub"

ABŞ-nin Moskvadakı səfirliyinin müvəqqəti işlər vəkili Stefani Holms bəzi amerikalı jurnalist və muzdluların Kursk bölgəsinə daxil olması səbəbi ilə Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. 

Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Açıqlamada Holmsun nazirliyə çağırıldığı və ABŞ jurnalistlərinin Rusiyanın Kursk bölgəsinə icazəsiz girişinin şiddətlə pisləndiyi bildirilib. 

Bundan başqa, açıqlamada ABŞ muzdlularının Kurskda olduğuna dair dəlillərin olduğu paylaşılıb və bu vəziyyətin ABŞ-nin Ukrayna müharibəsində birbaşa iştirakını nəzərdə tutduğuna diqqət çəkilib:

"Ölkəmizin sərhədini qanunsuz keçən bütün xarici ekspertlər və muzdlular Rusiya Silahlı Qüvvələri üçün qanuni hərbi hədəfə çevriliblər".

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026