• Bakı 12° C

    1.53 m/s

  • USD - 1.7

    EUR - 1.9148

    RUB - 2.0782

Litva uzaqmənzilli dronlar alacaq

DÜNYA

22 Iyul 2024 | 16:48

Litva uzaqmənzilli dronlar alacaq

Litva Rusiya və Belarusla sərhədə nəzarət etmək üçün uzaqmənzilli dronlar alacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Məlumata görə, yeni sistemdən Avropa İttifaqının xarici sərhədlərinə nəzarət, cinayət kəşfiyyatı, ibtidai araşdırmalar aparmaq və qeyri-qanuni miqrasiyaya nəzarət etmək üçün istifadə etmək istəyirlər.

Bildirilib ki, satınalma məbləği 4,6 milyon avro təşkil edir və buraya termal görüntüləmə aparatları, lazer nişanlama avadanlığı və məsafəölçənlərlə təchiz olunmuş üç pilotsuz təyyarə, həmçinin iki pilotsuz idarəetmə stansiyası daxil olacaq.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Noyabr 2026