• Bakı 13° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

İlon Mask Kamala Harrisini "Sorosun kuklası" adlandırdı

DÜNYA

22 Iyul 2024 | 16:39 | Müəllif: Gülşən Şərif

İlon Mask Kamala Harrisini "Sorosun kuklası" adlandırdı

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Co Baydenin namizədliyini geri götürməsindən sonra prezidentlik yarışında namizəd kimi çıxış edən vitse-prezident Kamala Harrisə sərt mesaj göndərib.

Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, ABŞ prezidentliyinə namizəd Donald Trampı dəstəklədiyini açıq şəkildə ifadə edən milyarder İlon Mask ABŞ-nin vitse-prezidenti Kamala Harrisi amerikalı maliyyəçi Corc Sorosun oğlu Aleksandr Sorosun "kuklası" adlandırıb.

Maskın sözlərinə görə, ABŞ prezidenti Co Baydenin ikinci müddətə namizəd olmamaq qərarı demokratların "sadəcə daha yaxşı işləyəcək bir kukla istəməsi" və mövcud siyasi mexanizmin toxunulmaz qalması ilə izah olunur.

Qeyd edək ki, Trampa qarşı sui-qəsd cəhdindən sonra İlon Mask "Prezident Trampı tam dəstəkləyirəm və tezliklə sağalacağına ümid edirəm" demişdi.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026