• Bakı 12° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

BMT Srebrenitsa ilə bağlı qətnamə qəbul etdi

DÜNYA

23 May 2024 | 20:04 | Müəllif: Subhan Mahmudov

BMT Srebrenitsa ilə bağlı qətnamə qəbul etdi

BMT Baş Assambleyası 11 iyulun “Srebrenitsa Soyqırımını Anma Günü” elan olunması ilə bağlı qətnamə layihəsini qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, səsvermədə 84 ölkə lehinə, 19 ölkə əleyhinə səs verib, 68 ölkə isə bitərəf qalıb.

Qeyd edək ki, 1995-ci ildə iyulun 11-16-da serb general Ratko Mladiçin tabeçiliyində olan və ağır silahlarla təchiz olunmuş Serbiya ordusu Bosniya-Hersaqovinanın Srebrenitsa şəhərində 8 min 372 Bosniyalı müsəlmanı-boşnakı qətlə yetirilib. Soyqırım zamanı qadın və uşaqların da qətlə yetirildiyi sənədlərlə sübuta yetirilib. Serbiya ordusu ilə yanaşı, "Əqrəblər" adı ilə tanınan Serbiya xüsusi təhlükəsizlik dəstələri də soyqırımın törədilməsində iştirak edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026