• Bakı 14° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8246

    RUB - 0.0185

Bu, sülhə doğru görünən addımdır - Almaniya

DÜNYA

23 Aprel 2024 | 23:43

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Almaniya davamlı və ədalətli sülhə nail olmaq yolunda Azərbaycan və Ermənistanı dəstəkləyir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann X sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Azərbaycan və Ermənistan sərhədində ilk sərhəd nişanı quraşdırılıb. Bu, sülhə doğru daha bir görünən addımdır. Biz davamlı və ədalətli sülhə nail olmaq yolunda tərəfləri dəstəkləyirik", - deyə paylaşımda bildirilib.

Qeyd edək ki, 2024-cü il aprelin 23-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb. İki ölkənin ekspert qruplarının işi davam edir.


SON XƏBƏRLƏR