• Bakı 22° C

    2.06 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək - Dövlət Departamenti

DÜNYA

24 Aprel 2024 | 00:21 | Müəllif: Subhan Mahmudov

ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək - Dövlət Departamenti

ABŞ Rusiyanın enerji sektoruna və əlaqədar infrastruktura qarşı sanksiyaları davam etdirəcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyatt Vaşinqtonda Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində enerji təhlükəsizliyinə dair konfransda bildirib.

“Biz vintləri sıxmağa və əsas enerji layihələrinin, eləcə də gələcək enerji layihələrinin və əlaqəli infrastrukturun inkişafında iştirak edən geniş şirkətlərə qarşı sanksiyalar tətbiq etməyə davam edəcəyik”, - deyə o bildirib.

Cefri Pyattın sözlərinə görə, məhdudiyyətlər, xüsusən, Rusiya Federasiyasının gələcək enerji layihələri üçün materialların və qabaqcıl texnologiyaların satın alınması ilə məşğul olan müəssisələrə təsir edəcək


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Sentyabr 2026