• Bakı 16° C

    4.57 m/s

  • USD - 1.7

    EUR - 1.867

    RUB - 2.0104

Çindən gətirilən avtomobillərdə növbəti FIRILDAQÇILIQ - VİDEO

İQTİSADİYYAT

07 Aprel 2025 | 09:23

Çindən gətirilən avtomobillərdə növbəti FIRILDAQÇILIQ - VİDEO

''İnstagram'' sosial şəbəkəsində, Çindən ucuz qiymətə avtomobil gətirmək adı ilə 88 nəfəri aldadıblar.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə zərərçəkmişlər ''Xəzər Xəbər''ə müraciətlərində bildiriblər.

Deyirlər ki, xaricdən avtomobil daşıma ilə məşğul olan ''Portcar'' şirkətinin sosial şəbəkədə reklamını görərək ofisinə gediblər. Özünü şirkətin rəhbəri kimi təqdim edən Məmmədağa Əliyev həmin şəxslərlə müqavilə bağlayıb ki, Çindən 60 gün ərzində avtomobili gətirib sahibinə təhvil verəcəklər.

Zərərçəkmişlər aldadıldıqlarını başa düşdükdən sonra ''Portcar'' şirkətinin Nərimanov rayonu ərazisində olan ofisinə gediblər. Ofis bağlı olduğundan onlar ərazi üzrə 16-cı polis bölməsinə şikayət ediblər. Onlar iddia edirlər ki, Çindən avtomobil almaq istəyən 88 nəfəri Məmmədağa Əliyev aldadıb. 115 avtomobil gətirilməli olduğu halda biri belə gətirilməyib. Zərərçəkmişlər deyirlər ki, ümumilikdə 1 milyon 400 min dollar Çindəki şəxsin hesabına ödənilib, 300 min dollar da karqo üçün Məmmədağa Əliyevə nağd şəkildə ödəyiblər.

Zərərçəkmişlər onu da bildirdilər ki, Məmmədağa Əliyev vətəndaşların şikayətindən sonra ölkədən qaçıb.

Daxili İşlər Nazirliyindən də bildirdilər ki, məsələ ilə bağlı ərazi üzrə polis orqanına vətəndaşların müraciəti daxil olub. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

 


SON XƏBƏRLƏR