• Bakı 21° C

    1.5 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Cirə mətbəxdə ən çox işlədilən ədviyyatlardan biridir

CƏMİYYƏT

21 Iyul 2022 | 03:17 | Müəllif: Qalib İbrahimoğlu

Cirə mətbəxdə ən çox işlədilən ədviyyatlardan biridir

Cirə Azərbaycan mətbəxinin ən sevimli və ən çox işlədilən ədviyyat bitkilərindəndir.

Bakıvaxtı.az xəbər verir ki, Vətəni Hindistan olan bitki yetişdiyi bölgənin torpağından asılı olaraq öz dadı ilə fərqlənir.

Cirə yağı və onun komponentləri ətriyyat, qida və əczaçılıqda, meyvələri tibb və qida sənayesində, heyvan və quşların yemləndirilməsi üçün istifadə edilir. Onun meyvələrini yetişməyə az qalmış toplayırlar.

Xalq təbabətində cirə meyvəsi çay kimi dəmlənib soyuqdəymə zamanı içilir, astmanın qarşısını alan və eləcə də xroniki mədə-bağırsaq xəstəliyinin müalicəsində dərman kimi də faydalıdır.

Qurudulmuş toxumlarından istər bütöv, istərsə də üyüdülmüş şəkildə istifadə olunması həzm sistemini stimulyasiya edir. Müasir tibdə isə cirə qan azlığı və nəfəs darlığında, immun sistemini qorumaq üçün istifadə olunur. Cirənin ən gözəl xüsusiyyətlərindən biri göbələk əleyhinə istifadə olunmasıdır (azərtac). Ağciyərlərdə göbələk xəstəliyi zamanı inhalyasiya üçün də cirənin efir yağları tətbiq edilir.

Cirə qaraciyər və öd funksiyasını yaxşılaşdırır, başağrısını azaldır, sakitləşdirici xüsusiyyətə malikdir, immun sisteminə müsbət təsir göstərir, orqanizmi təmizləyir, arıqlamağa kömək edir. Lakin xroniki mədə-bağırsaq xəstəlikləri və hamiləlik zamanı onu içmək tövsiyə edilmir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Oktyabr 2026