Rusiya Səhiyyə Nazirliyinin ştatdankənar baş narkoloqu Yevgeni Bryun dələduzluqda şübhəli bilinərək Moskvada saxlanılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya mediası yazıb.
Məlumata görə, Bryun və onun müavini, Rusiya Narkoloji Liqasının vitse-prezidenti Vladimir Yakuşev hazırda dindirilir.
Bildirilir kİ, onlar törəmə şirkətlər vasitəsilə dövlət qurumları tərəfindən spirtli içkilərdən asılılığın müəyyən edilməsi üçün test və reagentlərin şişirdilmiş qiymətlərlə alınmasını təşkil ediblər.(qafqazinfo)
















