• Bakı 15° C

    3.77 m/s

  • USD - 1.7

    EUR - 1.8386

    RUB - 0.0174

COP29-da iştirak edəcək qurumların əməkdaşları üçün peyvəndlər və diaqnostik testlər gətirilib

CƏMİYYƏT

30 Oktyabr 2024 | 15:52

COP29-da iştirak edəcək qurumların əməkdaşları üçün peyvəndlər və diaqnostik testlər gətirilib

Bakı Beynəlxalq Hava Limanında termometral, yəni uzaqdan temperaturun ölçülməsi cihazı quraşdırılacaq.

Bakıvaxtı.az xəbər verir ki, bunu COP29 çərçivəsində tibbi xidmətin təşkilinə dair brifinqdə səhiyyə nazirinin müavini Nadir Zeynalov deyib.

    Onun sözlərinə görə, bir çox infeksion xəstəliklərin ilkin əlaməti yüksək temperaturdur.

    Nadir Zeynalov bildirib ki, gələn qonaqların uzaqdan temperaturunun ölçülməsi ilə onlar arasında kimdəsə infeksion xəstəlik olarsa, aşkarlanacaq və əgər şübhəli hallar olarsa, həmin şəxsin müayinə və müalicə olunması təşkil olunacaq: “Meymunçiçəyi, COVID-19 və digər respirator infeksiyaların laborator diaqnostikası üçün lazım olan diaqnostik testlər gətirilib. Tədbirdə iştirak edəcək qurumların əməkdaşları üçün peyvəndlər gətirilib”.


    SON XƏBƏRLƏR