• Bakı 18° C

    3.47 m/s

  • USD - 1.7

    EUR - 1.9359

    RUB - 2.0852

Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir

CƏMİYYƏT

29 Noyabr 2024 | 14:50

Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir

"Bakı Metropoliteni" QSC-nin “Həzi Aslanov” stansiyasının dalanında təmir işləri ilə əlaqədar sabahdan metronun Qırmızı və Yaşıl xətlərində qatarların hərəkət qrafiki dəyişdiriləcək.

Bakıvaxtı.az səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, bu səbəbdən “Bakmil” stansiyası istiqamətində və əksinə qatarların hərəkət cədvəlinə dəyişikliklər ediləcək.

İş, şənbə və bazar günləri olmaqla qatarların hərəkət cədvəli “Bakı Metropoliteni” QSC-nin rəsmi internet səhifəsinin müvafiq bölməsində (https://metro.gov.az/az/page/muddealar/depo-qatarlarinin-hereket-cedveli) dərc edilir.

Nazirlər Kabinetinin qərarı ilə elan edilən qeyri-iş, habelə bayram günləri ilə bağlı sərnişinlərə əlavə məlumatlar təqdim ediləcək.


SON XƏBƏRLƏR

23 Aprel 2025