Azərbaycanda mart ayının 15 günü ərzində koronavirusa yoluxanların ümumi sayı açıqlanıb.
Bakıvaxtı.az Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın gündəlik məlumatına istinadən xəbər verir ki, mart ayının 1-dən 15-ə qədər ölkədə 463 nəfər COVID-19-a yoluxub.
Bu virusdan dünyasını dəyişənlərin sayı isə 26 nəfər olub.
Qeyd edək ki, bu ilin fevral ayının ilk yarısı ilə müqayisədə mart ayının 15 günündə koronavirusa yoluxan və virusdan ölənlərin sayı daha çox olub. Belə ki, fevral ayının 1-dən 15-ə qədər 331 nəfər COVID-19-a yoluxub, 14 nəfər isə dünyasını dəyişib.
Aytac Aslan






jpg-1681455381.webp)



jpg-1681453550.webp)





