• Bakı 25° C

    0.63 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Ət və süd məhsulları niyə bahalaşır? – Ekspert SƏBƏBLƏRİ AÇIQLADI

CƏMİYYƏT

14 Aprel 2023 | 10:09 | Müəllif: Qalib İbrahimoğlu

Ət və süd məhsulları niyə bahalaşır? – Ekspert SƏBƏBLƏRİ AÇIQLADI

Son zamanlar süd və süd məhsullarının,  həmçinin ətin qiymətinin artımı müşahidə olunur. Bu isə əhali arasında haqlı narazılığa səbəb olur.

Demək olar, hər həftə müşahidə olunan qiymət artımının səbəbi nədir? Bunu qarşısını necə almaq olar?

İqtisadçı ekspert Eldəniz Əmirov Bakıvaxtı.az-a bildirib ki, problem əslində ümumiyyətlə, heyvandarlıq sahəsində olan xammalın qiymətinin qalxmasıdir. Onun sözlərinə görə, qiymət artımında digər səbəb, ümumiyyətlə, həm dünyada, həm də Azərbaycanda baş verən ümumi infilyasiyadır.

Ekspert deyib ki, qida məhsullarının ümumi infilyasiya tempi daha yuxarı olur: “Bu səbəbdən qiymətlər daha çox artır. Problem əslində, heyvandarlıq sahəsində olan xammalın qiymətinin qalxmasıdır. Yem məhsullarının qiymətinin qalxması nəticədə ətin, südün bahalaşmasına gətirib çıxarır".

E.Əmirov onu da əlavə edib ki, yem məhsullarında yaşanan qiymət artımı enerji daşıyıcılarının qiymətinin artmasına görədir. "Həm enerji daşıyıcılarının qiymətinin qalxması, həm ümumi infilyasiya, həm də resurs məhdudluğu yem məshullarinun qiymətinə təsit göstərir”.

Onun sözlərinə görə, biz ərzaq təhlükəsizliyi üçün əraziləri artırırıq. Hazırda təqribən 4.7 milyon hektarlıq yararlı torpaq sahələri var. Onun da təxminən 2.6 milyon hektarı örüş və biçənək sahələridir: “Son zamanlar əkin sahələrinin həcmi artıb. Bu, işğaldan azad olunmuş ərazilərin hesabınadır. Ancaq tələbat artır, mal-qaranın sayı artır. Bu səbəblər yem məhsulunun qiymətinin qalxmasına gətirib çıxarır. Bu isəı ətin, südün qiymətinin qalxması deməkdir".

Xəyalə Rza


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026