• Bakı 10° C

    5.25 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Böyük Dəbilqə: Cüdoçularımızdan daha bir gümüş medal  -YENİLƏNİB 

İDMAN

06 Fevral 2022 | 23:12

Böyük Dəbilqə: Cüdoçularımızdan daha bir gümüş medal -YENİLƏNİB

Fransanın paytaxtı Parisdə keçirilən “Böyük Dəbilqə” turnirinə yekun vurulub.

Bakıvaxtı.az xəbər verir ki, yarışın son günündə Azərbaycan millisinin son 3 cüdoçusu tatamı üzərinə çıxıb.

Məmmədəli Mehdiyevdən sonra Uşanqi Kokauri də son qarşılaşmasında uduzduğundan hesabına gümüş mükafat yazdırıb.

***

21:16

Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev Fransanın paytaxtı Parisdə keçirilən Böyük Dəbilqədə final görüşünə çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, 90 kq çəki dərəcəsindəki həlledici qarşılaşmada rəqib yaponiyalı Sanşiro Murao olub.

Mehdiyev qarşılaşmadan məğlubiyyətlə ayrılaraq, gümüş medal qazanıb.

Qeyd edək ki, Azərbaycan yığmasının Paris turnirində ilk medalı olub. Daha bir medalın əyarına 100 kq-dan yuxarı çəki dərəcəsində Uşangi Kokaurinin monqolustanlı Tsetsentsengel Odxuu ilə final görüşündə aydınlıq gələcək.

***

17:50

Azərbaycan millisinin son 3 cüdoçusu Fransanın paytaxtı Parisdəki Böyük Dəbilqədə mübarizəyə başlayıb.

Bakıvaxtı.az-ın report-a istinadən məlumatına görə, 90 kq-da yer alan Məmmədəli Mehdiyev 1/8 finalda Rafael Masedonu (Braziliya), ardınca Mixael Jqankı (Türkiyə) məğlub edib. Yarımfinalda Beka Qviniaşviliyə (Gürcüstan) qalib gələn idmançı adını finala yazdırıb. Mehdiyev qızıl medal uğrunda qarşılaşmada Sanşiro Murao (Yaponiya) üz-üzə gələcək.

100 kq-da mübarizə aparan Zelim Kotsoyev startda Pyotr Kuçeraya (Polşa) uduzaraq yarışla vidalaşıb.

100 kq-dan yuxarı çəkidə çıxış edən Uşangi Kokauri də mübarizəyə 1/8 finaldan start verib. Marvin Qado (Monako), Emre Sanal (Fransa) və Kim Min Çon (Cənubi Koreya) ilə duellərdən qalib ayrılan cüdoçu finala yüksəlib. Onun həlledici qarşılaşmadakı rəqibi Batjarqalin Odkhüü (Monqolustan) olacaq.

Qeyd edək ki, Böyük Dəbilqənin ilk günündə mübarizəyə qoşulmuş cüdoçulardan Kəramət Hüseynov (60 kq), Hidayət Heydərov və Rüstəm Orucov (hər ikisi 66 kq) medalsız qalıblar.

***

17:05

Parisdə keçirilən “Böyük dəbilqə” turniri davam edir.

Bakıvaxtı.az xəbər verir ki, komandamızın daha bir üzvü - Məmmədəli Mehdiyev (90 kq) turnirin yarımfinalına vəsiqə qazanıb. Cüdoçumuz yarmfinala gedən yolda Rafael Macedo (Braziliya) və Türkiyə təmsilçisi Mihael Zganka qalib gəlib.

Qeyd edək ki, millimizin digər üzvü Uşangi Kokauri (+100 kq) də yarımfinalda mübarizə aparacaq. Onun bu mərhələdə rəqibi Cənubi Koreya təmsilçisi Minjonq Kim olacaq.

Azərbaycan bu gün başa çatacaq yarışda 6 cüdoçu ilə təmsil olunur. Komandamızın aktivində hələlik medal yoxdur.

Turnirdə 52 ölkədən 285 idmançı iştirak edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026