• Bakı 15° C

    2.03 m/s

Mançester derbisində beş qol vuruldu - VİDEO

İDMAN

06 Mart 2022 | 23:12 | Müəllif: Subhan Mahmudov

Mançester derbisində beş qol vuruldu - VİDEO

İngiltərə Premyer Liqasında 28-ci turun mərkəzi qarşılaşması başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, “Mançester siti” doğma meydanda “Mançester Yunayted”i qəbul edib.

Matçda hesabı 5-ci dəqiqədə meydan sahiblərinin yarımmüdafiəçisi Kevin De Brüyne açıb. 22-ci dəqiqədə Ceydon Sanço tarazlığı bərpa edib. 28-ci dəqiqədə De Brüyne özünün və komandasının ikinci qolunu vurub. 68-ci dəqiqədə Riyad Mahrez fərqi 2 topa çatdırıb. Matçda son nöqtəni də Mahrez qoyub. Əlcəzairli yarımmüdafiəçi oyunun əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə fərqlənməklə yekun hesabı müəyyənləşdirib - 4:1

Bu qalibiyyətdən sonra xallarını 69-a çatdıran "Mançester Siti" ilk pillədəki mövqeyini qoruyub. 47 xalı olan "Mançester Yunayted" isə 5-ci sırada qərarlaşıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR