• Bakı 11° C

    5.64 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Qalatasaray”dan gedəcək 6 futbolçu bəlli oldu

İDMAN

04 Aprel 2022 | 18:12 | Müəllif: Subhan Mahmudov

“Qalatasaray”dan gedəcək 6 futbolçu bəlli oldu

Mövsümün sonunda heyətində köklü islahatlar aparmağı planlaşdıran "Qalatasaray"ın ilkin "qara siyahısı" hazırdır.

Bakıvaxtı.az apasport.az-a istinadən bildirir ki, artıq 6 futbolçunun yayda yola salınacağı, demək olar ki, dəqiqdir.

Bunlar qapıçı Fatih Öztürk, müdafiəçi Semih Kaya, yarımmüdafiəçilər Arda Turan, Sofian Fequli, Erik Pulqar və hücumçu Rayan Babeldir. Adıçəkilən oyunçulardan yalnız Pulqar "cim-bom"da icarə əsasında çıxış edir. Bu futbolçuların gedişi İstanbul klubunda maaş limitini də istənilən səviyyəyə gətirəcək. Baş məşqçi Domenek Torrenlə bağlı qərarı isə yeni seçiləcək prezident verəcək.

Qeyd edək ki, "Qalatasaray" Super Liqada 31 turdan sonra 41 xalla 13-cü pillədə qərarlaşıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR