• Bakı 8° C

    0.17 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Karateçilərimiz 4 medal qazandı

İDMAN

02 May 2022 | 19:57 | Müəllif: Subhan Mahmudov

Karateçilərimiz 4 medal qazandı

Aşağı yaşlı karateçilərimiz Kiprin Limassol şəhərində keçirilən Karate1 Gənclər Liqasını dörd medalla başa vurublar.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan Milli Karate Federasiyası məlumat yayıb. Bildirilib ki, mükafatların ikisi qızıl, ikisi isə gümüş medallardır. Qızıl medalları komandamızın aktivinə Salman Salmanov və Vüsal Qənbərov (hər ikisi U-14) yazdırıblar.

Rəşid Süleymanov (70 kq) və Rahib Əzim (+70 kq) isə 14-15 yaşlı yeniyetmələrin yarışında ikinci yerə sahib olublar. Turnirdə 51 ölkədən 1612 karateçi iştirak edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026