• Bakı 10° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Mesut Özil karyerası ilə bağlı şayiələrə münasibət bildirdi

İDMAN

01 Iyun 2022 | 09:44

Mesut Özil karyerası ilə bağlı şayiələrə münasibət bildirdi

Türkiyənin "Fənərbağça" klubunun futbolçusu Mesut Özil karyerası ilə bağlı yayılan iddialara münasibət bildirib.

Bakıvaxtı.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi bu barədə rəsmi tviter hesabında paylaşım edib.

Təcrübəli oyunçu İstanbul təmsilçisində çıxış etməyin uşaqlıq arzusu olduğunu vurğulayıb: "Uşaqlıq sevgim olan "Fənərbağça" ilə ilk 6 ayın maaşını belə almadan 3,5 illik müqavilə imzalayaraq karyera hədəfimi tamamlamışdım".

Özil karyerasını hazırkı klubunda başa vuracağını diqqətə çatdırıb: "Karyeramı "Fənərbağça"dan başqa komandada bitirməyəcəyəm. Müqavilə müddətində yeganə məqsədim bu formanı geyinməkdir. Bu qərarım çox aydın və qətidir".

Almaniya millisinin sabiq üzvü rəhbərliyin qərarlarına hörmətlə yanaşacağını sözlərinə əlavə edib: "Çox çalışacağam və özümü hər zaman hazır saxlayacağam. Hər zaman dediyim kimi: Əsas olan "Fənərbağça"dır. Bu komandanın böyük azarkeşlərinə sevgi və hörmətlərimlə".

Qeyd edək ki, Mesut Özil 2021-ci ilin yanvarında "Fənərbağça"ya keçib. O, martın 24-də baş məşqçi İsmail Kartalla məşqdə mübahisə etdiyi üçün heyətdən kənarlaşdırılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026