• Bakı 18° C

    7 m/s

  • USD - 1.7

    EUR - 1.8198

    RUB - 0.0182

"Yuventus" daha 2 futbolçusu ilə vidalaşıb

İDMAN

30 Iyun 2022 | 14:14

Yuventus daha 2 futbolçusu ilə vidalaşıb

İtaliya "Yuventus"u daha 2 futbolçusu ilə yollarını ayırıb.

Bakıvaxtı.az klubun rəsmi saytına istinadən xəbər verir ki, hücumameylli yarımmüdafiəçi Federiko Bernardeski və hücumçu Alvaro Morato ilə başa çatan müqavilələr uzadılmayıb.

28 yaşlı italiyalı 2017-ci ildən Turin təmsilçisinin formasını geyinirdi. 30 yaşlı ispaniyalı forvard isə son 2 mövsümü icarə əsasında "qoca sinyora"da keçirib. O, müqavilə ilə ölkəsinin "Atletiko" (Madrid) komandasına məxsusdur.

Qeyd edək ki, "Yuventus" daha əvvəl Argentina millisinin hücumçusu Paulo Dibala ilə vidalaşdığını açıqlayıb.


SON XƏBƏRLƏR

24 Aprel 2024