• Bakı 10° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Ronaldunun peşəkar karyerasını başladığı kluba qayıdacağı gözlənilir

İDMAN

29 Iyul 2022 | 10:04

Ronaldunun peşəkar karyerasını başladığı kluba qayıdacağı gözlənilir

Kriştianu Ronaldu karyerasını Lissabonun “Sportinq” klubunda davam etdirə bilər.

Bakıvaxtı.az "The Athletic"ə istinadən xəbər verir ki, ulduz futbolçunun agenti Xorxe Mendeş Portuqaliya klubunun rəhbərliyi ilə danışıqlar aparıb.

“Sportinq” 2021-2022-ci il mövsümündə Portuqaliya çempionatında ikinci yeri tutduğundan klub Çempionlar Liqasının qrup mərhələsində oynamaq hüququ əldə edib.

Ronaldunun əsas hədəflərindən biri də məhz sözügedən turnirdə iştirak etmək olduğundan, “Sportinq” 37 yaşlı futbolçunun bu arzusunu reallaşdıra bilər.

Məlumat üçün əlavə edək ki, Kriştianu Ronaldu peşəkar karyerasını məhz “Sportinq”də başlayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026