• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

“Sumqayıt” portuqaliyalı futbolçu transfer etdi

İDMAN

29 Iyul 2022 | 14:54

“Sumqayıt” portuqaliyalı futbolçu transfer etdi

2022/23 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" daha bir futbolçunun keçidini reallaşdırıb.

Bakıvaxtı.az klubun rəsmi saytına istinadən xəbər verir ki, son mövsümü "Nasional"da (Portuqaliya) keçirmiş 28 yaşlı hücumameyilli yarımmüdafiəçi Filipe Çabi ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Filipe Çabi Portuqaliyanın "Sportinq" (Lissabon) klubunun yetirməsidir. O, "Sportinq"lə yanaşı "Uniao Madeyra", "Belenenseş", "Kovilya", "B SAD", "Koimbra" və "Nasional"ın uğurları üçün çalışıb. Çabi Portuqaliyanın U-16, U-17, U-18 və U-19 millilərinə də dəvət alıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR