• Bakı 16° C

    6.23 m/s

  • USD - 1.7

    EUR - 1.8055

    RUB - 0.018

Romelu Lukaku rəsmən "İnter"də

İDMAN

29 Iyun 2022 | 23:32

Romelu Lukaku rəsmən İnterdə

"Çelsi"nin futbolçusu Romelu Lukaku karyerasını "İnter"də davam etdirəcək. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb. "Zadəganlar" 29 yaşlı hücumçunu 1 illik A seriyası klubuna icarəyə verib.

"Çelsi" bu keçidə görə 8 milyon avro qazanacaq.  Lukaku İtaliya klubuna qoşulmaq üçün maaşının 30 faiz azaldılmasına razı olub. Onun illik məvacibi 10 milyon sterlinqdən 7 milyon sterlinqə düşüb.

Qeyd edək ki, Lukaku 2019-2021-ci illərdə də "İnter"də oynayıb. O, keçən yay 115 milyon avroya "Çelsi"yə satılıb.


SON XƏBƏRLƏR

17 Aprel 2024