• Bakı 31° C

    3.78 m/s

  • USD - 1.7

    EUR - 1.754

    RUB - 0.0279

İdmançılarımız 3 medal qazandı

İDMAN

29 Iyun 2022 | 23:09

İdmançılarımız 3 medal qazandı

İtaliyanın paytaxtı Romada keçirilən U-20 Avropa çempionatında yunan-Roma güləşi üzrə Azərbaycan milli komandası daha 3 medal qazanıb.

Bakıvaxtı.az xəbər verir ki, yığma üzvləri bu gün 1 gümüş, 2 bürünc medala sahib olublar.

72 kq çəki dərəcəsində yer alan Qurban Qurbanov finalda macarıstanlı Attila Toesmaqiyə 1:2 hesabı ilə uduzaraq, ikinci yeri tutub.

60 kq çəkidəki Nihat Məmmədli 3-cü yer uğrunda görüşdə isveçli İlyas Ayhana 6:0, 67 kq-da Kənan Abdullazadə isə israilli Şon Naderginə 6:1 hesabı ilə qalib gəlib.

Beləliklə, yunan-Roma güləşçiləri Avropa çempionatında ümumilikdə 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb. Daha əvvəl Nihat Quluzadə (55 kq) və Laçın Vəliyev (87 kq) qızıl medala sahib olub.


SON XƏBƏRLƏR

12 Avqust 2022