• Bakı 17° C

    1.36 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Qaret Beyl "Real Madrid" klubundan ayrıldı

İDMAN

01 Iyun 2022 | 14:19

Qaret Beyl "Real Madrid" klubundan ayrıldı

Uels millisinin futbolçusu Qaret Beyl İspaniyanın "Real Madrid" klubundan ayrılıb.

Bakıvaxtı.az xəbər verir ki, 32 yaşlı vinger bu barədə şəxsi instaqram hesabında bildirib.

Beyl "kral klubu"nda unuda bilməyəcəyi nailiyyətlər qazandığını vurğulayıb. O, paytaxt təmsilçisində oynamaq fürsəti əldə etdiyi üçün klub prezidenti Florentino Peresə və İdarə Heyətinə təşəkkür edib.

Qeyd edək ki, 2013-cü ildən "Real Madrid"də çıxış edən Qaret Beyl 3 dəfə İspaniya La Liqasının, 5 dəfə isə UEFA Çempionlar Liqasının qalibi olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Oktyabr 2026