UEFA Çempionlar Liqasında ilk finalçı bəlli olub.
Bakıvaxtı.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda “Vilyareal” İspaniyada turnirin əsas favoritlərindən sayılan “Liverpul”u qəbul edib.
Qonaqlar iki top fərqi ilə geri düşdükləri matçda “come back” etməyi bacarıblar.
İlk hissəni Dia və Koqelinin qolları ilə öndə bitirən “sarı sualtı qayıq” ikinci hissədə sualara “qərq olub”.
Fabinyo, Diaz, ardınca isə Manenin qolları ilə “come back” edən “Liverpul” finala adlayan ilk komanda olub.
















