Madridin “Real” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Bakıvaxtı.az xəbər verir ki, İspaniya təmsilçisi “Çelsi” ilə müqaviləsi başa çatan 29 yaşlı almaniyalı yarımmüdafiəçi Antonio Rüdigeri sıralarına qatıb.
Qeyd edək ki, Antonio Rüdiger “Çelsi”yə 2017-ci ilin yayında İtaliyanın “Roma” klubundan transfer olunub.
Antonio Rüdiger “Çelsi”nin heyətində Çempionlar Liqası, Avropa Liqası, İngiltərə Kuboku, Avropa Superkuboku və Klublararası Dünya Çempionatının qızıl medallarını qazanıb.
















