"Atletiko" heyətinə yeni futbolçu qatmağa yaxındır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə goal.com məlumat yayıb. “Yuventus”la müqaviləsini başa çatan Federiko Bernardeskini transfer etmək üzrədir. Tərəflərin yaxında müqavilə imzalayacağı gözlənilir. Bernardeski sözləşməyə qol çəkərsə, 28 yaşlı hücumameyilli yarımmüdafiəçi illik 3 milyon avro qazanacaq.
Qeyd edək ki, Bernardeski geridə qalan mövsüm "Yuventus"un heyətində bütün turnirlərdə 36 oyunda 2 qol vurub və 6 qolun ötürməsini verib.
















