• Bakı 10° C

    0.71 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

İbrahimoviç karyerasını heç vaxt bitirməyəcəyini deyib

İDMAN

31 Iyul 2022 | 10:33

İbrahimoviç karyerasını heç vaxt bitirməyəcəyini deyib

"Milan"ın hücumçusu Zlatan İbrahimoviç sosial şəbəkədə azarkeşlərinin suallarını cavablandırıb.

Bakıvaxtı.az xəbər verir ki, abunəçilərdən biri futbolçudan peşəkar karyerasını nə vaxt bitirəcəyini soruşub.

“Heç vaxt. Mənsiz futbol öləcək”, - deyə İbrahimoviç cavab verib.

İsveçli hücumçu 2020-ci ildə “Milan”a qayıdıb. O, daha əvvəl 2010-2012-ci illərdə Milan komandasında çıxış edib.

İbrahimoviç “Milan”da İtaliya çempionu adını da qazanıb.

O, “Yuventus” (iki dəfə) və “İnter” (üç dəfə) ilə də eyni nailiyyət əldə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026