• Bakı 10° C

    4.18 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Məşhur futbolçu evində döyüldü, qarət olundu

İDMAN

29 Avqust 2022 | 12:52 | Müəllif: Subhan Mahmudov

Məşhur futbolçu evində döyüldü, qarət olundu

"Barselona" klubunun futbolçusu Pyer-Emerik Obameyanq İspaniyadakı evində silahlı hücuma məruz qalıb.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə "El Pais" polisdəki mənbələrinə istinadən xəbər yayıb.

Bildirilir ki, ən azı 4 qarətçi 33 yaşlı hücumçunu odlu silahla hədələdikdən sonra döyməyə başlayıblar. Daha sonra onlar qaçaraq, aradan çıxıblar.

Polis araşdırmalara futbolçunun həyat yoldaşının məlumat verməsindən sonra başlayıb.

Qeyd edək ki, Pyer-Emerik Obameyanq "Barselona"ya yanvarda azad agent kimi keçib. O, İspaniya klubunda 24 oyuna 13 qol və 1 məhsuldar ötürmə müəllifi olub.(report)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026