• Bakı 16° C

    3.3 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Qətərin DÇ-2022 üçün xərclədiyi məbləğ 

İDMAN

27 Sentyabr 2022 | 14:52

Qətərin DÇ-2022 üçün xərclədiyi məbləğ 

Futbol üzrə dünya çempionatının keçirilməsi üçün Qətərin xərclədiyi məbləğ bəlli olub.

Bakıvaxtı.az  "The Sun" nəşrinə istinadən xəbər verir ki, bu barədə yarışın kommunikasiya direktoru Fatma Əl-Nuaymi açıqlamasında bildirib.

Onun sözlərinə görə, mundial üçün 208 milyon avro xərclənib.

Fatma Əl-Nuaymi bu məbləğin Qətər üçün milli inkişaf və modernləşmə strategiyasının bir hissəsi olduğunu söyləyib: "Yeni yollar, metro, hava limanı, otellər, digər turizm obyektləri, milli komandaların və azarkeşlərin faydalanacağı nəhəng infrastruktur layihələrinin əksəriyyəti DÇ-2022-yə ev sahibiliyi hüququnu əldə etməmişdən əvvəl planlaşdırılıb".

Qeyd edək ki, DÇ-2022 20 noyabr - 18 dekabrda gerçəkləşəcək.


SON XƏBƏRLƏR