• Bakı 7° C

    3.55 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

“Real” 16 yaşlı istedad alır

İDMAN

26 Oktyabr 2022 | 15:48

“Real” 16 yaşlı istedad alır

“Real” Braziliyada yeni istedad tapıb.

Bakıvaxtı.az xəbər verir ki, İspaniya klubu 16 yaşlı Endriki heyətinə qatmağı planlaşdırır.

“Palmeyras”ın yeniyetmə oyunçusu üçün 30-35 milyon avro ödəniləcəyi gözlənilir. Onun müqaviləsindəki sərbəstqalma qiyməti 60 milyon təşkil edir.

PSJ-nin 20 milyonluq təklifini rədd edən “Palmeyras” məhz 30-35 milyona razılaşacaq. Amma onun gələcək inkişafı kluba əlavə bonuslar gətirəcək.

Endrik “Palmeyras”ın tarixində qol vuran ən gənc futbolçudur. O, 16 yaş 3 aylığında bunu bacarıb.

Qeyd edək ki, Endrik yalnız 2024-cü ilin yayında 18 yaşı tamam olduqdan sonra Avropa klubları ilə müqavilə imzalaya bilər. /APA


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026